Milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Aue təmsilçisi “Ayntraxt”la qarşılaşıb.
İspaniyanın Alikante şəhərində təlim-məşq toplanışı çərçivəsində baş tutan oyun qeyri-adiliyə ilə fərqlənib. Belə ki, qarşılaşma standart 90 dəqiqə yox, 135 dəqiqədən – 3 hissədən ibarət olub.
İki komandanın baş məşqçilərinin razılaşmasına əsasən, daha çox oyunçunu sınaqdan keçirmək üçün tərəflər bu üsula əl atıblar.
Nazarov görüşə ehtiyat oyunçular skamyasında başlasa da, sonradan meydana daxil olub.
Oyun “Ayntraxt”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.