[b]Nazim Süleymanov üçün yeni vəzifə[/b]
16.12.2014 - 12:48
[b]Nazim Süleymanov üçün yeni vəzifə[/b]

21 yaşadək futbolçulardan ibarət millimizin (U-21) baş məşqçisinin və Məşqçilər Komitəsinə (MK) 5-ci üzvün adları bu gün açıqlanmalı olsa da, daha bir neçə gün gözləməli olacağıq. Çünki Məşqçilər Komitəsinin AFFA-nın baş katibi Elxan Məmmədovla görüşü baş tutmayıb. Apasport.az saytının məlumatına görə, MK üzvlərinin U-21-in baş məşqçi postu və 5-ci üzv üçün təqdim etdiyi namizədlər eynidi.

 

Yəni Məşqçilər Komitəsi 4-5 nəfərlik siyahıda yer alan mütəxəssisləri həm U-21, həm də 5-ci üzv üçün nəzərdə tutub. Həmin siyahıda Nazim Süleymanovun da adı var. Nəzərə alsaq ki, Süleymanov zəngin futbolçu karyerası və normal məşqçilik təcrübəsinə sahibdi, deməli, vakant 2 posta ən real namizədlərdən biridi. Qısası, Süleymanov ya U-21-in baş məşqçisi, ya da Məşqçilər Komitəsinə 5-ci üzv olacaq.

 

Qeyd edək ki, məşqçilik fəaliyyətinə 2002-ci ildə başlayan Süleymanov bu vaxta qədər “Jemçujina” (Soçi), “Xəzər Lənkəran”, AZAL və “Neftçi” klublarını çalışdırıb, Azərbaycan millisində isə köməkçi-məşqçi olub.