[b]Ndlovu - “Yeddi oğul”dan biri[/b]
02.08.2017 - 11:25
[b]Ndlovu - “Yeddi oğul”dan biri[/b]

Çempionlar Liqasının bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Şerif” – “Qarabağ” matçında (1:2) hesabı açan Dino Ndlovu yarışın ən məhsuldar futbolçularına çatıb.

 

Belə ki, CAR-dan olan legioner Moldovada rəqib qapısına yol tapıb və mövsümdə 3-cü avrokubok qolunu vurub. Gürcüstan “Samtredia”sı ilə ev qarşılaşmasında dubl müəllifi olan Dino Çempionlar Liqasının 7 bombardirindən biridi.

 

Tiraspoldakı görüşədək 6 oyunçu – Andriya Pavloviç (“Kopenhagen”), Mario Qavranoviç (“Riyeka”), Uroş Nenadoviç (“Alaskert”), Entoni Nvakaeme (“Hapoel” Beyer-Şeva), Patrik Tvumasi (“Astana”) və Skott Quiqli (TNS) hərəyə 3 dəfə fərqlənmişdi. Dino bunu bacaran 7-ci futbolçu olub.