[b]Neymar 13 ildən sonra...[/b]
28.09.2014 - 00:54
[b]Neymar 13 ildən sonra...[/b]

“Barselona”nın hücumçusu Neymar Kataloniya klubunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı futbolçu 13 ildən sonra həmyerlisi Rıvaldonun rekorduna şərik olub.

 

Belə ki, 22 yaşlı forvard DÇ-2002-nin qalibi olan yarımmüdafiəçidən sonra “Barsa”da ilk dəfə het-trik edən braziliyalı oyunçu adına yiyələnib.

 

Sonuncu dəfə Rıvaldo bu şərəfə 2001-ci ildə nail olub. Bu vaxta qədər isə heç bir Braziliyadan olan futbolçu bir matçda 3 qol vura bilməyib.

 

Qeyd edək ki, Neymar İspaniya La Liqasının VI turunda “Nou Kamp”da “Qranada” ilə baş tutan qarşılaşmada het-trik edib. Hücumçu oyunun 26, 45+1 və 66-cı dəqiqələrində fərqlənməyi bacarıb.

 

Digər qollara isə Lionel Messi ilə Rakitiç imza atıb. Argentinalı forvard dubl (62, 82) edib. Xorvatiya millisinin üzvü isə 43-cü dəqiqədəoyunda komandasının 3-cü qolunu vurub.