[b]Neymar “Barselona” ilə vidalaşdı[/b]
02.08.2017 - 13:04
[b]Neymar “Barselona” ilə vidalaşdı[/b]

“Barselona”nın hücumçusu Neymar komandanın səhər məşqinə qatılmayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, PSJ ilə anlaşan braziliyalının Barselonaya yollanmaqda məqsədi komandaya qoşulmaq olmayıb.

 

Belə ki, “sambaçı” məşq zamanı bazaya daxil olsa da, baş məşqçi Ernesto Valverdedən icazə alaraq, yarım saat ərzində oranı tərk edib. 25 yaşlı forvardın həmçinin komanda yoldaşları ilə də vidalaşdığı vurğulanıb.

 

Onun bu həftə 222 milyon avro müqabilində PSJ-yə transferi gözlənilir.