[b]Neymarın 50 milyon dollarlıq sərvəti donduruldu[/b]
17.02.2016 - 12:48
[b]Neymarın 50 milyon dollarlıq sərvəti donduruldu[/b]

“Barselona”nın hücumçusu Neymarın başı bəladan qurtulmur. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “sambaçı” ölkəsindən daha bir bəd xəbər alıb.

 

Belə ki, 2011-2013-cü illərdə “Santos”da çıxış etmiş Neymar ölkəsi Braziliyanı tərk edərkən 16 milyon dollar vergi qaçırmaqda ittiham edilir. 24 yaşlı forvard bununla bağlı etiraz etsə də, Sao Paulo məhkəməsi bunu qəbul etməyib. Vergi polisi Neymarın 50 milyon dollar dəyərindəki mülkünü dondurmaq üçün hərəkətə keçib. Dondurulan sərvətə gəmi, bina, təyyarə və evlər daxildi.

 

Braziliyalı vergi müfəttişi Yunq Martins futbolçunun borcunu ödəyəcəyi təqdirdə həbs olunmaqda qurtulacağını söyləyib: “Düzdü, Neymarın hələ də qərara etiraz etmək haqqı var. Əslində, oyunçu borcu olan məbləği ödəsəydi, məsələ qapanacaqdı. Hələ də bunun üçün gec deyil”.

 

Qeyd edək ki, Neymarın İspaniya hökuməti ilə bağlı da problemi var. Belə ki, “Barselona”ya transferi zamanı pulun müəyyən hissəsinin göstərilməməsi ilə bağlı şübhələrə görə, Braziliya millisinin üzvü fevralın 2-də Madrid məhkəməsində dindirilmişdi. “Barselona”nın keçmiş prezidentləri və “Santos” klubunun rəsmilərinin də qatıldığı məhkəmədə transfer pulunun tam açıqlanmaması ilə bağlı sənədlər ortaya çıxarılmışdı.