“Barselona”dan ayrılacağı deyilən Braziliya yığmasının üzvü Neymar qərarını verib. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, adı Madrid “Real”ı da daxil olmaqla, müxtəlif klublarla birgə hallanan 24 yaşlı hücumçu Kataloniya təmsilçisindən ayrılmayacaq.
Neymar “Barselona” rəhbərliyinin yeni müqavilə təklifini qəbul edib. Tərəflər sözləşmənin şərtlərində razılığa gəlsələr də, sazişin imzalanması prosesi bir neçə ay sonra baş tutacaq.
Rəhbərlik Neymarın müqaviləsindəki şərtləri daha da yaxşılaşdırıb. Yeni anlaşmaya qol çəkməsi “sambaçı”nı “Barselona”da Lionel Messidən sonra ən çox məvacib alan ikinci futbolçu edəcək.
Qeyd edək ki, indiki məqamda Neymar “Barsa”nın ən çox maaş alan 7-ci oyunçusudu.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”