“Bu, qısa müddət ərzində yarışda dördüncü matç idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam deyib.
Almaniyalı çalışdırıcı Rusiyada təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXVII ənənəvi beynəlxalq turnirində Cənubi Koreyaya 0:3 hesablı məğlubiyyətə şərh verib: “Bundan başqa, komandamız ikinci ardıcıl oyununu keçirdi. Buna görə də praktik olaraq bütün uşaqlar yorulmuş görünürdülər. Xüsusilə bizim üçün ikinci hissə ağır oldu. Və bununla belə, mən öz komandama təşəkkür etmək istəyirəm. Hətta onlarla fəxr edirəm. Yekun matçında 5-ci yer uğurunda mübarizə aparacağıq. Qeyd etmək istəyirəm ki, bu, turnirdə Azərbaycan yığmasının bütün tarixi ərzində ən yaxşı mütləq götərici ola bilər. Düzdü, onlar bir dəfə 5-ci yeri qazanıblar. İndi isə turnirdə komandaların sayı daha çoxdu. Bazar günü əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”.