“Bizim üçün oyunun sonu uğurlu alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam deyib.
Almaniyalı çalışdırıcı Rusiyada təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXVII ənənəvi beynəlxalq turnirində Belarus millisi üzərində qazanılan (1:1, penaltilər seriyası - 5:4) qələbədən sonra fikirlərini bildirib: “Gərgin oyun keçdi. Rəqib də yaxşı mübarizə apardı. Azərbaycan yığmasının bu turnirdəki ən yaxşı nəticəsinə imza atdıq. Buna görə futbolçularıma, məşqçilər korpusuna, AFFA rəhbərliyinə minnətdaram. Onlar yaxşı nəticə qazanmağımız üçün hər bir şərait yaratdılar. Bizi burada dəstəkləyən azarkeşləri də unutmaq olmaz, onlara da xüsusi təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, millimiz Belarusu məğlub edərək, turniri 5-ci pillədə başa vurub.
affa.az