[b]Nikolay Adam: Bu, 4 illik işimizin bəhrəsidi[/b]
04.01.2015 - 21:38
[b]Nikolay Adam: Bu, 4 illik işimizin bəhrəsidi[/b]

“Komandamın oyunundan razıyam. Dünən çətin oyun keçirmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adama məxsusdu.

 

Təcrübəli çalışdırıcı Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirində Rusiya-2 komandasına 4:2 hesabı ilə qalib gəlmələrinə şərh verib: “Bu gün futbolçularımızın yorğun ola biləcəyini düşündüyümüz üçün qarşılaşmadan əvvəl bir qədər narahat idik. Amma yorğunluğa baxmayaraq, bu gün yaxşı oyun göstərdik. Ardıcıl ikinci qələbəmizi qazandıq. Bu, 4 illik işimizin bəhrəsidi. Rəqib də yaxşı təsir bağışladı. Məqsədimizdə dəyişiklik yoxdu. Hər dəfə növbəti oyun haqda düşünürük”.

 

affa.az