[b]Nikolay Adam: Öz oyunumuzu göstərə bilmədik[/b]
07.01.2015 - 23:02
[b]Nikolay Adam: Öz oyunumuzu göstərə bilmədik[/b]

“Əvvəlki oyunlardan fərqli olaraq bu dəfə öz oyunumuzu göstərə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam deyib.

 

Almaniyalı çalışdırıcı Rusiyada təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXVII ənənəvi beynəlxalq turnirində Sankt-Peterburq komandasına 4:2 hesabı ilə məğlub olmalarına şərh verib: “Xüsusilə hücumdan müdafiəyə, həmçinin əksinə, arxa xəttdən rəqib qapısına doğru keçidlərdə çətinlik yaşadıq. Qarşıda Koreya Respublikası yığması ilə oyunumuz var. İndi həmin qarşılaşmanı düşünməliyik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Sankt-Peterburq komandası çox gözəl təsir bağışladı”.

 

affa.az