[b]Nikolay Adam: Qələbəmizin sensasiya olması fikri ilə razıyam[/b]
03.01.2015 - 21:02
[b]Nikolay Adam: Qələbəmizin sensasiya olması fikri ilə razıyam[/b]

“Ardıcıl ikinci dəfədir ki, bu turnirdə iştirak edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adama məxsusdu.

 

Təcrübəli çalışdırıcı Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirində Yaponiya millisinə 1:0 hesabı ilə qalib gəlmələrindən danışıb: “Ötən il buradan xoş təəssüratlarla ayrılmışdıq. Yenidən burada olduğumuz üçün şadam. O ki qaldı oyuna, Yaponiya yığması kimi güclü rəqibə qalib gəldiyimiz üçün çox sevinirik. Sona qədər mübarizə apardıq. Qələbəmizin sensasiya olması fikri ilə razıyam”.

 

affa.az