[b]Nizami Hacıyev sabah müqavilə bağlayacaq[/b]
27.11.2017 - 13:53
[b]Nizami Hacıyev sabah müqavilə bağlayacaq[/b]

“Keşlə”nin kapitanı Nizami Hacıyevin “Neftçi” ilə müqavilə imzalayacağı tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi sabah paytaxt təmsilçisi ilə son dəfə danışıq masası arxasında əyləşəcək.

 

“Neftçi”nin ofisində baş tutacaq görüşün sonunda 29 yaşlı oyunçu klubla müqaviləyə qol çəkəcək. Yeni komandası ilə 2 illik saziş imzalayacaq Hacıyev yanvarın 1-dən etibarən “Neftçi”nin formasını geyinə biləcək.

 

Məlumatı əməkdaşımızla söhbətində futbolçu özü də təsdiqləyib.