Topaz Premyer Liqasının 2013/14 mövsümündə 36 turun hər birindən sonra açıqlanan rəmzi yığmadakı klub təmsilçiliyi müəyyənləşib. Apasport.az saytının hesablamalarına görə, Azərbaycan çempionu mövsümün gedişində 99 dəfə “11-lik”də təmsil olunub.
“Neftçi” 84 təmsilçi ilə 2-ci, “İnter” həmşəhərlilərindən 15 dəfə geri qalmaqla üçüncüdür. Sonuncu pillədə isə sahibi Nuru Əliyev olan “Rəvan” klubu qərarlaşıb – 7 dəfə.
|
klub |
say |
|
Qarabağ |
99 |
|
Neftçi |
84 |
|
İnter |
69 |
|
Bakı |
34 |
|
Xəzər Lənkəran |
31 |
|
Qəbələ |
24 |
|
AZAL |
20 |
|
Simurq |
18 |
|
Sumqayıt |
10 |
|
Rəvan |
7 |
Futbolçular arasında rekordçu Bruno Bertuççidir. “Neftçi”nin braziliyalı müdafiəçisi 14 dəfə rəmzi yığmaya düşüb. Onun “Qarabağ”dan olan həmyerliləri Çumbinyo 13, Reynaldo 12 dəfə buna nail olub.
“Neftçi”nin üzvü Mahir Şükürovun da hesabında 12 belə uğur var. Maksim Medvedev (“Qarabağ”) 11, Vaqif Cavadov (“İnter”) və “Rəşad Sadıqov (“Qarabağ”) hərəyə 10 dəfə ən yaxşı 11 oyunçu sırasına daxil edilib.