[b]Nuru Əliyevin "Rəvan"ı I diviziona düşdü[/b]
17.05.2014 - 17:55
[b]Nuru Əliyevin "Rəvan"ı I diviziona düşdü[/b]

Topaz Premyer Liqasında 2013/14 mövsümünə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, çempionatın sonuncu - XXXVI turu bürünc medalların və axırıncı yerin sahiblərini müəyyənləşdirib.

Öz meydanında “Sumqayıt” üzərində 3:1 hesablı qələbə qazanan “Qəbələ” tarixində ilk dəfə bürünc medallara sahib çıxıb.

Topaz Premyer Liqasının tərk edən komanda isə “Rəvan” olub. Sahibi Nuru Əliyev olan paytaxt təmsilçisi “Bakı” ilə öz meydanında keçirdiyi görüşdə 2:3 hesabı ilə uduzub. Dağılmayacağı təqdridə, "Rəvan" növbəti mövsümü I divizionda keçirəcək. Onları isə yüksək liqada "Araz Naxçıvan" əvəzləyəcək.

Beləliklə, “Qarabağ”ın çempion olduğu cari mövsümdə “İnter” ikinci, “Qəbələ” üçüncü, “Neftçi” isə dördüncü yeri tutub. Ağdam təmsilçisi ölkəmizi Çempionlar Liqasında, digər 3 komanda isə Avropa Liqasında təmsil edəcək.
 

 

Komanda
o
q
h
m
t
x
1  Qarabağ
36
21
9
6
66-21
72
2  İnter
36
20
7
9
60-37
67
3  Qəbələ
36
18
7
11
48-36
61
4  Neftçi
36
17
9
10
48-42
60
5  Bakı
36
16
9
11
53-43
57
6  Xəzər L
36
12
13
11
44-49
49
7  Simurq
36
11
13
12
35-28
46
8  AZAL
36
6
13
17
29-49
31
9  Sumqayıt
36
5
10
21
27-61
25
10  Rəvan
36
4
10
22
22-66
22

 

Bombardir: Reynaldo (Qarabağ) – 22.