[b]Nuru Əliyevin komandasına kim “atıb”?[/b]
12.05.2014 - 15:06
Topaz Premyer Liqasının XXXII turunun AZAL-la oyunundan (0:0) sonra “Rəvan”dan ayrılan nigeriyalı futbolçu Oke Akpoveta hələ də komandaya dönməyib. Apasport.az xəbər verir ki, afrikalı legioner bu gün heyətə dönəcəyini bildirsə də, hələlik ondan səs-soraq yoxdur.
Aprelin 30-da komandadan ayrılan Oke mayın 4-dək klubdan icazə almış və vaxtilə oynadığı Danimarkaya getmişdi. Lakin üstündən bir həftə keçsə də, Oke komandaya dönmək istəmir.
Qeyd edək ki, “Rəvan” klubunun sponsoru sahibi Nuru Əliyev olan “Nurgun Motors” şirkətidir.
0
0