[b]Obameyanq het-trikdən danışdı: Bu, mənim işimdi[/b]
23.10.2015 - 14:12
[b]Obameyanq het-trikdən danışdı: Bu, mənim işimdi[/b]

“Qəbələ” ilə qarşılaşmada 3 qol vurmağı bacardım. Belə məhsuldarlıq nümayiş etdirməyimin heç bir sirri yoxdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun futbolçusu Pyer-Emerik Obameyanq deyib.

 

Dortmund təmsilçisinin legioneri Avropa Liqasının qrup mərhələsinin III turunun “Qəbələ” ilə Bakıdakı oyununda 3 qol vurmaqla, komandasına 3:1 hesablı qələbə qazandırıb. Cari mövsüm Bundesliqada da məhsuldarlığı ilə seçilən afrikalı het-trikinin sirri olmadığını bildirib: “Bu, sadəcə mənim işimdi. Nə qədər çətin olsa da, rəqib qapısına qol vurmalıyam. Bakıdakı matçda da işim ağır oldu. Sevinirəm ki, bunun öhdəsindən gəldim. Vurduğum hər qol özüməinamı daha da artırırdı”.

 

Qeyd edək ki, Obameyanq 10 qolla Bundesliqanın bombardirləri arasında 2-ci pillədədi.