Aleksis Sançesi “Mançester Yunayted”ə satan “Arsenal” hücum xəttində yaranan boşluğu doldurmağa çox yaxındı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “topçular” Dortmund “Borussiya”sının forvardı Pyerr-Emerik Obameyanqla anlaşıb.
Futbolçunun razılığını aldıqdan sonra Bundesliqa təmsilçisi ilə danışıqlara başlayan londonlular onlarla da ortaq məxrəcə gəlib. Tərəflər arasındakı anlaşmaya əsasən, Obameyanqın keçidi “Borussiya”ya bonuslarla birlikdə 68 milyon avro qazandıracaq. 28 yaşlı forvardın yaxın günlərdə rəsmən təqdim olunması planlaşdırılır.
Qeyd edək ki, Pyerr-Emerik Obameyanq “Borussiya”ya 2013-cü ildə “Sent-Etyen”dən keçib.