[b]Oğuz Çətin: Bu komandanın qol vurmaq problemi var[/b]
16.08.2014 - 21:18
[b]Oğuz Çətin: Bu komandanın qol vurmaq problemi var[/b]

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının II turunda “Sumqayıt”la görüşdən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, türkiyəli mütəxəssis 0:1 hesabı ilə uduzmalarına baxmayaraq, komandasının yaxşı oynadığını deyib.

“Təbii ki, öz meydanımızda, azarkeşlәrimiz qarşısında qәlәbә qazanmalı idik. Amma uğursuzluq oldu. Biz yeni komandayıq. Yaxşı oynadığımızı düşünürəm. Bu komanda gәlәcәyә ümid verir. Rәqib qapımıza 36-cı dəqiqədə hücum etdi. Onda da qapıçımız Orxan Sadıqlı qırmızı vərəqə alıb, komandanı azlıqda qoydu. Əsas problem uduzmağımızdı. Çempionata belə başlamaq pis haldı. Məğlub olsaq da, irəlidəki turlar üçün həyəcanlı deyilik. Amma futbolda adi bir epizod çox şeyi dəyişir. Öz meydanımızda oyunu çevirə bilməməyimizə üzülürük. İki həftə içində 5 xal itirdik. “Simurq”la oyunda bu işə son vermək lazımdı. Biz necə bir komanda olduğumuzu göstərməliyik” – deyə, Çətin bildirib.

 

Çətin daha sonra vurğulayıb ki, komandanın qol vurmaq problemi var: “Var və davam edir. Bunun üzәrindә içlәyәcәyik. Düzdü, mәnim komandam ötәnilkindən daha yaxşıdı. Biz daha çox qol vәziyyətləri yaradırıq. Amma qol vurmaqda çәtinlik çәkirik. Bunu hәll edәcәyik”.