“7-ci oyunumuzu keçirdik. Bu müddət ərzində problemlərimiz eynidir”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətinə məxsusdur.
Bu gün Topaz Premyer Liqasının VII turun oyunlarına yekun vurulub. Son matç günündə “Qəbələ” evdə “Xəzər lənkəran”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Oyundan sonra türkiyəli mütəxəssis komandasının “qırmızı qaralar”la heç-heçə etməsindən danışıb: “Yaxşı hücumlar qurur, oyuna nəzarət edirik. Amma çox adi bir epizodda qol buraxırıq. Mən futbolçularımdan razı qaldım. Komanda məğlub duruma düşsə də, sonra toparlandı, qol vurdu. 2 xal itirdiyimiz üçün narahatam. Bunun fonunda mübarizədən qopmayan oyunçularımı təbrik edirəm. Konkret olaraq, ad çəkmək istəmirəm. Lakin məlumdur ki, heyətdə yer alan bəzi futbolçular öz potensiallarından aşağı səviyyədə çıxış etdilər. Düşünürəm ki, milli üzvləri bu fasilədən sonra özlərini daha yaxşı tərəfdən göstərəcəklər. Xüsusən də, qol nöqtələrində daha bacarıqlı olmalıyıq. Oyunçuların mübarizəsindən razıyam, sadəcə oyun baxımından çatışmazlıqlarımız var”. (pfl)