[b]Oğuz Çətin: Rəqibi təzyiqdə saxladıq[/b]
07.12.2014 - 19:40
[b]Oğuz Çətin: Rəqibi təzyiqdə saxladıq[/b]

“Bir oyuna çıxarkən çox arzulu, istəkli olsan, komandanın oyunu da yaxşı alınır. Futbolçularımız oyun ərzində çox istəkli idilər”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətinə məxsusdu.

 

Türkiyəli çalışdırıcı Topaz Premyer Liqasının XV turu çərçivəsində Bakıda “Qəbələ”yə böyükhesabla (3:0) qalib gəlmələrindən danışıb: “Topun daha çox bizdə qalması və ötürmələrin dəqiq olması nəticəsində qollar vurduq. Rəqibi təzyiqdə saxladıq. Hər şeyin mükəmməl olduğunu deyə bilmərəm. Komanda istəkli olanda səhvlər azalır. Rəqibə şans vermədən 3 qol vurduq. Amma daha çox qol vura bilərdik. Mən geridə qalan oyunları düşündükcə təəssüflənirəm. 18 xalımız var, xal fərqini daha da azaltmalıyıq. Heç bir rahatlıq olmamalıdı. Biz eyni ciddiyəti qorumalı və “Bakı” ilə oyuna da qələbə üçün çıxmalıyıq”.(pfl)