Oğuz Çətinin xoş günü: Karyeramda hələ belə şey olmamışdı
15.02.2014 - 18:54
“Mövsümün ikinci yarısına liderlərə qarşı oyunlarla başladıq. Həmin görüşlərin hər biri çətin oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun məşqçisi Oğuz Çətin deyib.
Bu gün 51 yaşı tamam olan türkiyəli mütəxəssis belə əlamətdar tarixi Qəbələdə keçirib. Buna Topaz Premyer Liqasının XXI turunun “Qəbələ” ilə oyunu səbəb olub.
Öncə qarşılaşma barədə fikirlərini açıqlayan Çətin bəy bildirib ki, qələbə qazanmalarında fasilədə edilən dəyişiklik böyük rol oynayıb: “İlk yarıda müəyyən taktiki səhvlər üzündən zəif təsir bağışlayıb, hesabda da geri düşdük. Lakin fasilədə lazımı müdaxilə edib, oyunun axarını dəyişdik. Burda ən əsas olan futbolçuların baş məşqçiyə inamıdır. Onlar qələbə əzmini sonadək qorudular. Hətta uduzanda da qələbə haqda düşünürdük. İndi komandamız üçün ən vacib olanı bu inam və əzmdir. Məqsədimiz mümkün qədər yuxarı sıralaradək irəliləməkdir. Bunun üçün rəqibi kimliyindən asılı olmayaraq, qələbə qazanmalıyıq. Nəticəni düşündüyümüzdən, futbolçuların əzmi ilk sırada durur. Bundan sonra oyun planında çatışmazlıqları aradan qaldırmaq haqda düşünə bilərik”.
2014-cü ilin ilk 3 turunda iddialı rəqiblərlə qarşılaşan “Xəzər Lənkəran”ın məşqçisi bu komandaları müqayisə etmək istəməyib. O bildirib ki, növbəti turdakı rəqib “Bakı”dan da 3 xal almaq iddiasındadırlar: “Ardıcıl 3 matçda liderlərə qarşı oyandıq. Onlardan heç biri asan olmadı. “Qarabağ”la qarşılaşmada çox güclü olan rəqibi strateji cəhətdən üstələdik. “Neftçi” ilə qarşılaşma öz meydanımızda keçirildi. Prinsipial rəqiblə oynadığımızdan psixoloji cəhətdən ağır idi. Həm əvvəlki 2 görüşdə, həm də bu gün ilk hissədə çətinliklər yaşadıq, fasilədən sonra isə istədiyimiz nəticəni əldə etdik. Qarşıda “Bakı” ilə qarşılaşma var. Bu komanda “İnter”lə birlikdə ilə 9 xalla başlayıb. Lakin bizim üçün rəqibin fərqi yoxdur. Əsas öz oyunumuz, qələbəyə inanmağımızdır. Düşünürəm ki, növbəti oyunda da 3 xalı “Xəzər Lənkəran” qazanacaq”.
Çətin Qəbələdə qeyd etdiyi ad günündə ən böyük sevinclə qarşıladığı hədiyyəni də açıqlayıb: “Bu gün təkcə mənim yox, həm də oğlumun ad günüdür. Mənim 51, övladımın 21 yaşı tamam oldu. Bu üzdən də 15 fevral tarixi ailəmiz üçün düşərli gün sayılır. “Qəbələ” ilə matçın belə düşərli gündə keçirilməsi məndə daxilən qalib gələcəyimizlə bağlı fikir formalaşdırmışdı. Belə də oldu. İstənilən məşqçi üçün komandasının qələbəsi ad gününə böyük hədiyyədir. Mənim ad günümə də ən böyük hədiyyə “Xəzər Lənkəran”ın qələbəsi oldu. Əslində, ad günümün oyuna təsadüf etməsi nadir hadisələrdəndir. Karyeram ərzində ad günümü oyunda qeyd etdiyimiz xatırlamıram”.

0
0