[b]Bu gün Azərbaycan çempionatının püşkü atılır [/b]
02.08.2017 - 02:02
Bu gün Azərbaycan Premyer Liqasında 2017-18 mövsümünün püşkatması olacaq. Apasport.az məlumatına görə, tədbir AFFA-nın inzibati binasında reallaşacaq.
Saat 12:00-da start götürəcək püşkatmada ilk turda qarşılaşacaq rəqiblər və növbəti turların cədvəli bəlli olacaq.
Qeyd edək ki, ölkə çempionatının yeni mövsümündə 8 komanda iştirak edəcək. Bunlar “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail”di.
0
0