[b]Ölkə prezidentinə qarşı kobudluq edən futbolçular həbs olundu[/b]
04.03.2018 - 14:18
Burundidə qeyri-adi futbol hadisəsi baş verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Kiremba" klubunun 2 üzvü həbs edilib.
Buna səbəb onların ölkə prezidenti Pyerr Nkurunzizaya qarşı sərt oynamalarıdı. Belə ki, Nkurunzizanın formasını geyindiyi "Haleluya" ölkə çempionatının son turunda "Kiremba" ilə qarşılaşıb. Görüşün gedişində "Kiremba"nın iki üzvünün ölkə prezidentinə qarşı kobud oynaması Burundidə birmənalı qarşılanmayıb.
Prezidenti qəsdən vurmaqda günahlandırılan futbolçular həbs olunublar.
- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
0
0