[b]Orxan Sadıqlı haqda qərar açıqlandı[/b]
19.08.2014 - 12:54
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının II turunda “Neftçi” ilə səfər matçında 4 futbolçusu sarı vərəqə alan “Bakı” 1000 manat cərimə edilib.
“Xəzər Lənkəran”la görüşdə 5 oyunçusuna xəbərdarlıq edilən “Sumqayıt”ın da cəzası eyni olub. Bu matçda sonuncu ümid foluna görə meydandan qovulan Orxan Sadıqlı isə 1 matçlıq kənarlaşdırılıb. Qapıçı “Xəzər Lənkəran”ı həm də 200 manat ziyana salıb.
0
0