[b]Oynamadığı milli qalmadı[/b]
06.03.2014 - 17:24
[b]Oynamadığı milli qalmadı[/b]

Futbol üzrə Estoniya millisi yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkə millisi UEFA-ya üzv olan 53 dövlətin hər birinin yığması ilə qarşılaşan ilk komanda kimi tarixə düşüb.  

 

Bunadək 52 milli komanda ilə qüvvəsini sınayan estonlar UEFA-ya yeni üzv olan ölkənin sayəsində liderliklərini bir qədər möhkəmlədiblər. Belə ki, dünən Cəbəllütariqlə yoldaşlıq matçı çərçivəsində üz-üzə gələn Estoniya həm qalib gəlib (2:0), həm də şəxsi rekordunu yeniləyib. 

 

Qeyd edək ki, Azərbaycan milli komandası indiyədək UEFA-ya üzv olan 44 ölkə ilə qarşılaşıb.