[b]Ozan və Dəniz oynadı, komandaları növbəti mərhələdə[/b]
26.10.2017 - 23:07
[b]Ozan və Dəniz oynadı, komandaları növbəti mərhələdə[/b]

Futbol üzrə Türkiyə Kubokunda IV təsnifat mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” da bu turnirdə növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə aşağı liqa təmsilçisi “Yeni Altındağ”la qarşılaşıb.

 

Qarşılaşmanın əsas və əlavə vaxtında hesab açılmadığı üçün qalib penaltilərlə müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən bursalılar bir qol fərqi ilə növbəti mərhələyə vəsiqə qazanıblar.

 

Matça start heyətində başlayan Dəniz sona qədər – 120 dəqiqə meydanda olub. Millimizdə çıxış etməkdə imtina edən Ozan Can Kökcü isə 106-cı dəqiqədə oyuna girib.