Özbəkistan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun 20-də Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək Asiya təmsilçisi Bakıya 20 futbolçu ilə gələcək.
Baş məşqçi Mircəlal Kasımov açıqladığı ilkin siyahıdan 3 futbolçunu kənarlaşdırıb. Əvvəl 23 oyunçuya dəvət göndərən təcrübəli mütəxəssis qapıçı Abdumavlon Abdujalilov (“Neftçi”), müdafiəçi Azamat İsroilov (“Olmalik), yarımmüdafiəçi Diyor Turopovdan (“Olmalik”) imtina edib. Kasimov millimizlə görüşə 2 qapıçı, 6 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu gətirəcək
Qapıçılar: Eldorbek Suyunov (“Nəsəf”), Nikita Ribkin (“Paxtakor”);
Müdafiəçilər: Yeqor Krimets, Davron Xoşimov (hər ikisi “Paxtakor”), Bobur Yuldoşev, Salim Mustafoyev, İslom Tuxtaxujayev (hamısı “Lokomotiv”), Şerzod Fayziyev (“Məşəl”);
Yarımmüdafiəçilər: Azim Axmedov (“Novbahor”), Dilşod Jurayev, Sardor Raşidov (hər ikisi “Bunedkor”), Fozil Musayev (“Lokomotiv”), Jamşid İskanderov, Vladimir Kozak (hər ikisi “Paxtakor”), Pavel Smolyaçenko (“Neftçi”), Farrux Sayfiyev (“Nəsəf”);
Hücumçular: Şaxzod Nurmetov (“Metallurq”), İvan Naqayev (“Lokomotiv”), Navruz Olimov (“Kizilkum”), İqor Segeyev (“Paxtakor”).