[b]Paşayev oynadı, komandası qalib gəldi[/b]
07.04.2018 - 22:00
[b]Paşayev oynadı, komandası qalib gəldi[/b]

Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” Ukrayna Premyer Liqasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, komanda XXVI turda “Stal”ı qəbul edib.

 

Elitada qalmaq uğrunda mübarizə aparan ikinci “altılıq”da yer alan “Aleksandriya” birinci hissədə vurduğu 2 cavabsız qolla qalib gəlib – 2:0. Matça start heyətində çıxan Paşayev 90 dəqiqəni əvəz edilmədən keçirib.

 

Qeyd edək ki, “Aleksandriya” 29 xalla ikinci “altılıq”da 2-ci pillədə qərarlaşıb.