[b]Paytaxt derbisinin biletləri satışa çıxarıldı[/b]
25.11.2017 - 12:39
[b]Paytaxt derbisinin biletləri satışa çıxarıldı[/b]

Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçiriləcək "Neftçi” – "Keşlə” oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, azarkeşlər VİP yerlərə 5, qalan bütün sektorlara isə 1 manat ödəməklə bilet ala bilər.

 

Paytaxt derbisinin biletləri matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionundan və arenanın ərazisindəki rəsmi fanşopdan əldə etmək mümkündü.


Qeyd edək ki, noyabrın 25-də 8-ci km qəsəbə stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.