[b]Paytaxt klubunun ad dəyişikliyi rəsmiləşdi[/b]
28.10.2017 - 14:10
[b]Paytaxt klubunun ad dəyişikliyi rəsmiləşdi[/b]

Azərbaycan Premyer Liqasında ad dəyişikliyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası “İnter” klubunun adının bu gündən dəyişməsi ilə bağlı müraciətini qəbul edib.

 

Paytaxt təmsilçisi artıq bugünkü matça “Keşlə” adı altında çıxacaq. Klubu bununla bağlı bütün sənədləri Peşəkar Futbol Liqasına təqdim edib.

 

Qeyd edək ki, “Keşlə” bu ad altında ilk oyununda “Kəpəz”i qəbul edəcək.