İcarə müddəti bitdikdən sonra “Qarabağ”dan ayrılan Pedro Enrike hazırda ölkəsində istirahət edir. Apasport.az xəbər verir ki, tətilin ardından Salonikiyə qayıtmağa hazırlaşan braziliyalı yenidən PAOK forması geyəcəyinə görə həyəcanlıdı.
Belə ki, Pedro yenidən PAOK forması ilə çəkilmiş şəkillərini feysbuk və tvitter hesablarında örtük şəkli edib. Yunanıstanın thestival.gr saytında bu barədə məlumat yerləşdirilib.
Xəbərdə PAOK-un “Qarabağ”a 5 milyon avro ödəyərək, Pedronun transfer haqlarına sahib olmağı təklif etdiyi, lakin Ağdam klubunun bu təklifə müsbət yanaşmaması səbəbindən yolların ayrıdığı qeyd olunub. Məbləğin yüksək olduğunu düşünən “köhlən atlar” daha çox icarə müddətinin uzadılmasında maraqlı imiş.