[b]Pelenin oğlu 33 il həbs cəzası aldı[/b]
01.06.2014 - 10:59
[b]Pelenin oğlu 33 il həbs cəzası aldı[/b]

 

Məşhur braziliyalı futbolçu Pelenin oğlu, “Santos” klubunun keçmiş qapıçısı Edson Çolbi Nasimentu 33 il həbs cəzası alıb. Apasport.az saytının məlumatına görə, o, narkoticarətdən gələn çirkli pulları yumaqda ittiham olunur. Nasimentunun qərardan şikayət vermək hüququ var.

 

Qolkiper 29 yaşında avtomobilində küçə yarışında iştirak edərək motosikletçinin ölümünə səbəb olduğundan, 6 ay həbs cəzası alıb və futbolu buraxmalı olub. 2005-ci ildə onu kokain alverinə görə həbs ediblər. 2006-cı ildə Nasimentu azadlığa çıxıb.

 

Pele üçqat dünya çempionu, FİFA versiyasına görə, 20-ci əsrin ən yaxşı futbolçusudur. “Santos” və “Nyu-York Kosmos” klublarının şərəfini qoruyub. Braziliya millisinin heyətində 92 oyun keçirib və 77 qol vurub.