“Qəbələ” kimi güclü komandaya qarşı çox yaxşı oynadıq. Çox sayda qol imkanlarımız oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Çukariçki” klubunun futbolçusu Petar Bojiç deyib.
O, Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə ilk oyunundakı 1:0 hesablı qələbəyə şərh verib: “Amma bunların yalnız birindən istifadə edə bildik. Düşünürəm ki, bu qolu vurmağa layiq idik. Əvvəlki mərhələnin iki oyununda da penalti şansımız olmuşdu. Bu dəfə də 11 metrlik cərimə zərbəsi vurmaq imkanımız yarandı. İqor Matiçin yoxluğu orta sahədə çətinliklə yaradırdı. Bakıdakı cavab oyununda isə o da bizə kömək edəcək. Bu da o deməkdi ki, daha yaxşı oynamaq imkanımız olacaq. Mənə elə gəlir ki, mərhələni keçəcəyik”.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi