Azərbaycan kubokunun 1/8 final mərhələsinin təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Kəpəz” – “Binə” matçının yeri dəyişdirilib.
Noyabrın 29-da baş tutacaq qarşılaşma Gəncə şəhər stadionunda deyil, Bakıda baş tutacaq.
Bu, “Kəpəz”in Peşəkar Futbol Liqasına müraciəti əsasında gerçəkləşib. Qərblilər ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda qarşılaşmaların ardıcıl reallaşdığını əsas gətirərək “Binə” ilə matçının yerinin dəyişdirilməsini xahiş edib. “Kəpəz”in müraciətini və “Binə”nin razılığını əsas götürən PFL matçın “Dalğa Arena”da oynanılmasına qərar verib.
Mənbə: pfl.az
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı