[b]'Biz indi də Şeydayevə ümid bəsləyirik" - Nikolay Pisarev[/b]
13.07.2016 - 10:56
[b]'Biz indi də Şeydayevə ümid bəsləyirik"  - Nikolay Pisarev[/b]

 

Rusiya Futbol İttifaqının idman direktoru və U-21-in baş məşqçisi Nikolay Pisarev Ramil Şeydayevin Azərbaycan millisində oynamaq istəməyinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, mütəxəssis müsahibəsində onun rəhbərlik etdiyi yığmadan imtina edən futbolçunun qərarına qarışa bilmədiklərini qeyd edib.

 


- Ramillə bu məsələ ilə bağlı danışmısızmı?

- Az əvvəl onunla söhbətim oldu. Mənə dedi ki, yalnız klubla bağlı məsələyə aydınlıq gəlib. Mən bir daha xatırlatdım ki, biz yığmada ona ümid bəsləyirik. Razılaşdıq ki, yenilik olsa, xəbər edəcək. Başa düşürəm ki, kluba keçidi həllini tapıb.


– Amma onun vətəndaşlıq məsələsində də qərar verdiyi xəbərləri yayılıb. Deyilənə görə, Ramil Azərbaycan vətəndaşlığı alıb...

– Bu xəbərlər məni narahat edir. Onunla danışanda məsləhət verməyə çalışdım. Qarşıda evdə keçirəcəyimiz dünya çempionatı olduğunu, yeniyetmə və gənclər yığmalarında oynadığını, əsas millidə məşqçinin kimliyindən asılı olmayaraq namizəd olacağını xatırlatdım.

 

– Ona Rusiya klublarında yer olmadığına təəccübləndiniz?

– Əlbəttə. Qəribədi ki, “Zenit” onunla müqaviləni uzatmadı. Məsələnin təfərrüatını bilmirəm. Amma Peterburq onun böyüyüb, boya-başa çatdığı şəhərdi. İkinci komanda da var ki, oyun praktikası sarıdan korluq çəkməz. Daha ətraflısını klubda bilərlər, bir də ki futbolçunun özü. Rusiya Futbol İttifaqı və mən - qurumun idman direktoru kimi deyə bilərəm ki, Şeydayev yeniyetmə və gənclər yığmalarının bütün toplanışlarına çağırılıb. Biz indi də ona ümid bəsləyirik. O da bunu bilir. Kim bilir, bəlkə də hansısa ailə vəziyyəti məsələyə təsir edir. Amma bu barədə mənə heç nə demədi.

 

– AFFA ilə əlaqələriniz var. Məsələnin necə olduğunu öyrənə bilərsiz?

– Başa düşürsüz, biz heç kimə heç nəyi qadağan edə bilmərik. Vətəndaşlığı getdikcə daha çox dəyişirlər. Nümunə üçün uzağa getmək lazım deyil. Noyştedterlə bağlı məsələ yaddaşlarda yenidi. Hər şey futbolçunun istəyindən asılıdı. Biz öz tərəfimizdən bacardığımızı edirik.

 

– Uzun müddət rəhbərlik etdiyiniz futbolçunu itirmək üzücü olar...

– Təbii ki. Özü də kiçik yaşlarından. Ümid edirdim və hələ də ümidliyəm ki, onu evdəki dünya çempionatında Rusiya yığmasının heyətində görəcəyəm.

 

0