“İntensiv məşqlər keçirik. Amma bu, müsbət haldı. Bu cür məşqlərin sayəsində mövsümün ikinci hissəsinə tam hazır olacağıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Verder”in perulu futbolçusu Klaudio Pizarro deyib.
Antalyada təlim-məşq toplanışında olan Almaniya klubu növbəti yoxlama görüşünü sabah Bakı “İnter”inə qarşı keçirəcək. Dünən “Verder”in əvəzedici heyətinə 0:1 hesabı ilə uduzan “bankirlər” bu dəfə əsas komandanın sınağına çıxacaqlar.
Matçdan öncə Bremen klubunun rəsmi saytına geniş müsahibə verən Pizarro toplanışı dəyərləndirib. 37 yaşlı hücumçu ağır məşqlərin ona problem yaratmadığını bildirib: “Bələkdə daha çox fiziki hazırlığa üstünlük veririk. Günümüzün çox hissəsini fitnes məşqlərinə ayırırıq. Ancaq təkcə bununla kifayətlənmirik. Taktiki hazırlıq, yoxlama oyunları da hazırlıq prosesində yer alır. Fiziki məşqlərlə əlaqədar, bütün oyunçular özlərini yorğun hiss edirlər. Əsas odu ki, səmərəli toplanış keçirik. Bremenə qayıdandan sonra Bundesliqanın ikinci dövrəsinin startına kimi cəmi 1 həftə vaxtımız qalacaq. Deməli, bu toplanışdan lazımınca faydalanmalıyıq”.
Pizarro qeyd edib ki, “İnter”lə matçda iştirak edəcək. Ötən yoxlama görüşünü buraxan ulduz futbolçu bu dəfə meydanda olacaq: “Əslində əvvəlki yoxlama matçında oynamalı idim. Amma gördüm ki, Klemens özünə çox arxayındı və meydana çıxmaq istəyir. Buna görə də, o oyunu buraxdım. Amma növbəti oyunda mənim növbəmdi. Bu dəfə start heyətində mən meydana çıxacam. Yoxlama oyunları vacibdi. Yaxşı hazırlaşmalıyam. Əgər ikinci dövrədə 3-4 qol vura bilsəm, Bundesliqa tarixinin ən yaxşı 5 bombardiri sırasına düşəcəm”.
Qeyd edək ki, karyerası ərzində “Bavariya” və “Çelsi” klublarının da formasını geyinmiş Pizarro fasilələrlə 3-cü dəfədi ki, “Verder”in şərəfini qoruyur. O, 1999-cu ildən dəvət aldığı Peru yığmasında 82 oyunda 20 qola imza atıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi