[b]Poçettinodan “Real”a “yaşıl işıq”[/b]
01.06.2018 - 16:17
[b]Poçettinodan “Real”a “yaşıl işıq”[/b]

“Tottenhem”in baş məşqçisi Mauritsio Poçettino “Real”ın “sükanı arxası”na keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Apasport.az saytının Britaniya mətbuata istinadən məlumatına görə, argentinalı mütəxəssis bu keçidi istisna etməyib.

 

O, “Real”da çalışmaq arzusunu gizlətməyib: “Əgər “Real” sizinlə əlaqə saxlayırsa, qulaq asmaq məcburiyyətindəsiniz. Ancaq bu klubda çalışıb-çalışmamaq qərarını təkbaşıma verə bilmərəm. Ötən həftə “Tottenhem”lə yeni müqavilə imzalamışam. Dedi-qoduların sayı azalmır, amma “Real”dan mənə gələn bir xəbər yoxdu. Burda xoşbəxtəm. Çünki “Tottenhem”lə birlikdə böyüyürəm. Hazırda gələn mövsümə köklənmişəm”.

 

Qeyd edək ki, Mauritsio Poçettino 2014-cü ildən “Tottenhem”i çalışdırır.