[b]Portuqaliyanın Azərbaycanla oyun öncəsi növbəti qələbəsi[/b]
05.09.2014 - 00:02
[b]Portuqaliyanın Azərbaycanla oyun öncəsi növbəti qələbəsi[/b]

Dünən 21 yaşadək futbolçular arasında AVRO-2015-in seçmə mərhələsinin F qrupu çərçivəsində növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, ötən gün milli komandamızın evdə İsraili 3:0 hesabı ilə məğlub etməsindən sonar bu dəfə meydana rəqibləri çıxıblar.

 

İlk pillədə qərarlaşan Portuqaliya səfərdə Norveçin qonağı olub. Matç Priney təmsilçisinin 1:2 hesablı qələbəsi başa çatıb.

 

Bununla da komandamızın norveçliləri qabaqlamaq şansı hələ də qalıb. Bunun üçün isə millimiz seçmə mərhələnin son oyunundan mütləq qələbə ilə ayrılmalıdı ki, qrupu üçüncü sırada başa vursun.

 

Qeyd edək ki, yığmamızın qrupdakı son rəqibi Portuqaliya komadasıdır. Xal itkisinə üzülməyən bu prineylilərlə matç sentyabrın 9-da səfərdə reallaşacaq.

 

 

Yer

Komandalar

O

Q

H

M

T/F

Xal

1

Portuqaliya

7

7

0

0

19-4

21 

2

İsrail

7

4

0

3

20-14

12

3

Norveç 

8

3

0

5

11-19

9

4

Azərbaycan

7

2

1

4

8-12

7

5

Makedoniya

7

1

1

5

3-11

4