Premyer Liqanın X turu üç futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, XI turu buraxmalı olan oyunçulardan ikisi qırmızı, biri sarı vərəqələr üzündən bu duruma düşüb.
“Qarabağ”ın legioneri Ansi Aqolli “Səbail”, “Qəbələ”nin kapitanı Cavid Hüseynov “Zirə” ilə görüşdə meydandan qovulub. Bu üzdən onlar ən azı növbəti turu buraxacaq.
Ansi “Kəpəz”lə səfər matçını, Cavid isə “Səbail”lə ev oyununu buraxacaq.
“Neftçi” ilə səfər qarşılaşmasında sarı vərəqə alan Tural Axundov da cəzalı duruma düşüb. “Sumqayıt”ın üzvü mövsümdə 4-cü dəfə xəbərdarlıq alıb. Bununla da Tural XI turun “Keşlə” ilə qarşılaşmasını buraxmalı olacaq.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi