[b]Premyer Liqa klubunda istirahət bitdi[/b]
25.03.2018 - 00:05
“Kəpəz”də iki günlük bayram istirahəti başa çatıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gəncə təmsilçisi məşqləri artıq bərpa edib.
“Sarı-göylər” Bakıda hazırlıq keçir. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edib.
Qeyd edək ki, Gəncə klubu Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində aprelin 1-də “Zirə”ni qəbul edəcək.
0
0