[b]Premyer Liqada daha 2 görüşün vaxtı dəyişdirildi[/b]
14.08.2014 - 09:40
[b]Premyer Liqada daha 2 görüşün vaxtı dəyişdirildi[/b]

Sentyabrın 3-də Azərbaycan və Rusiya milliləri arasında keçiriləcək yoldaşlıq oyunu qonşu ölkənin çempionatında növbəti dəyişikliyə səbəb olub. Apasport.az saytının məlumatına görə, sentyabrın 1-də baş tutmalı olan “Lokomotiv” – “Zenit” qarşılaşmasını bir gün əvvələ çəkən şimallılar bununla kifayətlənməyiblər.

 

Belə ki, Rusiya Futbol Premyer Liqası (PFPL) daha iki görüşün vaxtında dəyişiklik edib. Bu addım milli komandanın təlim-məşq toplanışının sentyabrın 1-də başlayacağını və FİFA əsasnaməsinə görə atılıb.

 

Sentyabrın 1-də keçirilməli olan “Krasnodar” – “Dinamo” görüşü də avqustun 31-də baş tutacaq. Bu ayın son günündəki “Rubin” – “Ufa” matçı isə nəzərdə tutulduğundan yarım saat tez – 17:00-da başlayacaq.