[b]Premyer Liqada ən çox quru oyun keçirən qapıçılar[/b]
25.10.2017 - 14:38
[b]Premyer Liqada ən çox quru oyun keçirən qapıçılar[/b]

Azərbaycan Premyer Liqasının cari mövsümündə ən çox quru oyun keçirən qapıçılar bəlli olub. Apasport.az saytının məlumatına görə, arxada qalan 9 turdan sonra qolkiperlərin yarışında üçhakimiyyətlilik hökm sürür.

 

Belə ki, 3 qapıçı hərəyə üç matçda qapısını toxunulmaz saxlayıb. Bunlar Dmitri Bezotosnı (“Qəbələ”), Emil Balayev (“Səbail”) və Rəşad Əzizlidi (“Neftçi”). Sonuncu meydana çıxdığı 5 qarşılaşmadan üçündə qol buraxmayıbsa, Balayev 8, Bezotosnı 9 matçda üç dəfə “sıfır”a nail olub.

 

4 qapıçının hesabında isə 2 “quru” oyun var. Anton Kanibolotski (“Qarabağ”) 5, Anar Nəzirovla (“Zirə”) Fərhad Vəliyev (“Sumqayıt”) 7 görüşdən ikisində rəqiblərin sevinməsini görməyib. Davud Kərimi (“Kəpəz”) 9 qarşılaşmada buna nail olub.

 

Daha 5 qolkiper mövsümdə heç olmasa 1 “quru” oyun keçirib. Belə matçı olmayan yalnız bir qapıçı var. Keçirdiyi hər görüşdə top buraxan Mehdi Cənnətov cəmi 2 dəfə “Sumqayıt”ın heyətində şans qazanıb.