İngiltərə Premyer Liqasında XXXI və XXXV turdan təxirə salınan oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmalar 3 günü əhatə edib.
İlk gündə keçirilən “Suonsi” – “Sauthempton” görüşü bu iki komanda ilə yanaşı, “Vest Bromviç”i də maraqlandırırdı. Qonaqlar qalib gələrək təhlükəli zonadan uzaqlaşıblar. "Suonsi"nin vəziyyəti çətin olaraq qalsa da, “Vest Bromviç”in də Çempionşipə yuvarlanması rəsmiləşib.
Formal xarakter daşıyan “Lester” – “Arsenal” görüşündə birincilər qələbə qazanıblar.
Nəticəsi önəm kəsb etməyən daha bir matçda çempion “Mançester Siti” “Brayton”u məğlub edib.
“Tottenhem” “Nyukasl”ı üstələyərək, Çempionlar Liqasına (ÇL) vəsiqəni rəsmiləşdirib.
XXXV turdan təxirə salınmış görüşdə isə ÇL-i hədəfləyən “Çelsi” Premyer Liqadan düşmək təhlükəsi olan “Haddersfild”lə üz-üzə gəlib. Rəqibi ilə bərabərə qalan "zadəganlar" Çempionlar Liqası şansını çətinə salıb.
Son matçda isə “Mançester Yunayted” “Vest Hem”in qonağı olub. Oyunda hesab açılmayıb. Bu nəticə ilə "manukunianlar" sona bir tur qalmış gümüş medalları təmin ediblər.
İngiltərə. Premyer Liqa
XXXI tur
8 may
“Suonsi” – “Sauthempton” - 0:1
Qol: Qabbiadini, 73
9 may
“Çelsi” – “Haddersfild” - 1:1 (XXXV turdan təxirə salınan oyun)
Qollar: Markos Alonso, 62 - Depoitre, 50
“Lester” – “Arsenal” - 3:1
Qollar: İhenaço, 14; Vardi, 76 (pen.); Mahrez, 90 - Obameyanq, 53
“Mançester Siti” – “Brayton” - 3:1
Qollar: Danilo, 16; Bernardo Silva, 35; Fernandinyo, 72 - Ulloa, 20
“Tottenhem” – “Nyukasl” - 1:0
Qol: Keyn, 51
10 may
“Vest Hem” – “Mançester Yunayted” - 0:0
Turnir cədvəli
1. |
Mançester Siti |
37 |
31 |
4 |
2 |
105-27 |
97 |
2. |
Mançester Yunayted |
37 |
24 |
6 |
7 |
67-28 |
78 |
3. |
Tottenhem |
37 |
22 |
8 |
7 |
69-32 |
74 |
4. |
Liverpul |
37 |
20 |
12 |
5 |
80-38 |
72 |
5. |
Çelsi |
37 |
21 |
7 |
9 |
62-35 |
70 |
6. |
Arsenal |
37 |
18 |
6 |
13 |
73-51 |
60 |
7. |
Bernli |
37 |
14 |
12 |
11 |
35-37 |
54 |
8. |
Everton |
37 |
13 |
10 |
14 |
43-55 |
49 |
9. |
Lester |
37 |
12 |
11 |
14 |
52-55 |
47 |
10. |
Nyukasl |
37 |
11 |
8 |
18 |
36-47 |
41 |
11. |
Kristal Pelas |
37 |
10 |
11 |
16 |
43-55 |
41 |
12. |
Bornmut |
37 |
10 |
11 |
16 |
43-60 |
41 |
13. |
Uotford |
37 |
11 |
8 |
18 |
44-63 |
41 |
14. |
Brayton |
37 |
9 |
13 |
15 |
34-50 |
40 |
15. |
Vest Hem |
37 |
9 |
12 |
16 |
45-67 |
39 |
16. |
Haddersfild |
37 |
9 |
10 |
18 |
28-57 |
37 |
17. |
Sauthempton |
37 |
7 |
15 |
15 |
37-55 |
36 |
18. |
Suonsi |
37 |
8 |
9 |
20 |
27-54 |
33 |
19. |
Vest Bromviç |
37 |
6 |
13 |
18 |
31-54 |
31 |
20. |
Stok Siti |
37 |
6 |
12 |
19 |
33-67 |
30 |
Bombardir: Məhəmməd Salah (“Liverpul”) – 31 qol