[b]“Qəbələ” – “Qarabağ” matçının vaxtı dəyişdirildi[/b]
05.08.2015 - 13:20
[b]“Qəbələ” – “Qarabağ” matçının vaxtı dəyişdirildi[/b]

Premyer Liqanın 2015/16 mövsümünün ilk turunun oyun cədvəlində dəyişiklik edilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, klubların avrokuboklardakı çıxışını, oyunların keçiriləcəyi stadionların tam hazır vəziyyətə gətirilməsini, matçların canlı yayımlanacağını nəzərə alan qurum 3 görüşün vaxtının dəyişdirilməsini vacib bilib.

 

Belə ki, “Neftçi” – “Kəpəz” oyunu avqustun 8-dən 9-na keçirilib. “Rəvan” və “Sumqayıt” komandaları arasındakı görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, 8 avqustda deyil, 10 avqustda reallaşacaq.

 

“Qəbələ” – “Qarabağ” matçı isə 9 avqustda yox, 10 avqustda oynanılacaq.