[b]Premyer Liqa oyunlarının yayımı ilə bağlı yeni qərar[/b]
05.08.2015 - 13:31
[b]Premyer Liqa oyunlarının yayımı ilə bağlı yeni qərar[/b]

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımına dair elan etdiyi tenderin qalibi - CBC TV kanalı - Azərbaycanın ilk rusdilli beynəlxalq peyk telekanalı olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhini rus dilində həyata keçirilicəyini bildirmişdi.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu, baş tutmayacaq.

 

Oyunların Azərbaycan dilində şərhi AFFA-nın youtube (AFFA Official) kanalında nəzərdə tutulurdu. CBC telekanalı görüşlərin yayımını müvəffəqiyyətlə həyata keçirəcəyi təqdirdə yaxın müddət ərzində özünün idman redaksiyası əsasında CBC-Sport kanalı açacağını, qarşılaşmaların yayım hüququnu həmin kanala ötürəcəyini və oyunların şərhlərinin Azərbaycan dilində olacağını bildirmişdi.

 

AFFA, PFL və CBC TV rəhbərliyinin müzakirəsindən sonra oyunların keçid dövründə CBC TV-də Azərbaycan dilində yayımlanması qərara alınıb.