İspaniyanın “Selta” klubu baş məşqçisi Xuan Karlos Unsueni istefaya göndərəcək. Apasport.az saytının məlumatına görə, Viqo təmsilçisi mövsümün sonunda çalışdırıcısı ilə yollarını ayırmağa qərar verib.
Buna səbəb komandanın uğursuz nəticələridi. Ötən ilin yayında Eduardo Beritsonu əvəz edən Unsue qarşısına qoyulan vəzifələrin – kubokda uğurlu çıxış və avrokuboklara vəsiqə qazanmağın öhdəsindən gələ bilməyib. Primeradakı son matçda “Vilyarreal”a 1:4 hesablı məğlubiyyət isə klub rəhbərliyinin səbr kasasını daşırıb.
Qeyd edək ki, 35 turdan sonra 45 xal toplayan “Selta” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.