2015-ci ildə 8 oyun keçirən Azərbaycan millisinin formasını 18 klubun üzvləri geyinib. Apasport.az saytının məlumatına görə, yığmamızın xorvatiyalı baş məşqçisi Robert Prosineçki 7 yerli və 8 əcnəbi klubun üzvlərinə güvənib.
Son illərdə olduğu kimi, bu dəfə də yığmada təmsilçilik sayında “Qarabağ” hamını qabaqlayır. Prosineçkinin ən çox güvəndiyi bu klubun formasını geyinən 10 futbolçu il ərzində 40 qarşılaşmada millinin şərəfini qoruyub.
7 üzvünə etimad göstərilən “Qəbələ” siyahıda ikincidi. Bu klubun oyunçuları 22 qarşılaşmada iştirak edərək, 1 qola imza atıb. “Neftçi” və “Xəzər Lənkəran”ın futbolçuları millidə 10 oyun keçirib. Bakılılar təmsilçi, cənublular qol sayında öndədi.
Ümumiyyətlə, milli daha çox Almaniya “Karlsrue”sinin futbolçusunun qollarına sevinib. Dmitri Nazarov klubunu oyun sayında 5-ci, qol sayında 1-ci sıraya daşıyıb.
1. “Qarabağ” – 10 futbolçu, 40 oyun
2. “Qəbələ” - 7 futbolçu, 22 oyun, 1 qol
3-4. “Neftçi” – 5 futbolçu, 10 oyun
“Xəzər Lənkəran” - 3 futbolçu, 10 oyun, 2 qol
5. “Karlsrue” (Almaniya) - 1 futbolçu, 7 oyun, 3 qol
6. “İnter” - 4 futbolçu, 6 oyun, -1 qol
7. “Karşıyaka” (Türkiyə) - 1 futbolçu, 4 oyun, -7 qol
8-11. “Sumqayıt” – 2 futbolçu, 3 oyun, 1 qol
“Hayduk” (Xorvatiya) - 1 futbolçu, 3 oyun
“Kayserispor” (Türkiyə) - 1 futbolçu, 3 oyun, -4 qol
“Eybar” (İspaniya) - 1 futbolçu, 3 oyun
12-13. “Kəpəz” - 2 futbolçu, 2 oyun
“Fortuna” (Dusseldorf, Almaniya) - 1 futbolçu, 2 oyun
14-15. “Metallurq” (Zaporojye, Ukrayna) - 1 futbolçu, 1 oyun
“Qranada” (İspaniya) - 1 futbolçu, 1 oyun
Qeyd: ardıcıllıq oyun sayına görədi.