[b]Prosineçkinin təyinatı Avropa mətbuatının gündəmində[/b]
04.12.2014 - 09:43
[b]Prosineçkinin təyinatı Avropa mətbuatının gündəmində[/b]

Azərbaycan millisinin yeni baş məşqçisi Robert Prosineçkinin təyinatı Avropa mətbuatının da diqqətindən yayınmayıb. Apasport.az-ın məlumatına görə, xüsusən də, yığmamızın AVRO-2016-nın seçmə mərhələsindəki rəqibləri olan İtaliya və Xorvatiya mətbuatı bu keçidə geniş yer veriblər.

 

Həm italyanlar, həm də xorvatlar Berti Foqtsun 6 il Azərbaycanda çalışdığını və burada müsbət işlər gördüyünü xüsusi vurğulayıblar. Prosineçkinin ölkəsi olan Xorvatiya mediası baş məşqçinin dünənki mətbuat konfransında səsləndirdiyi fikirlərə də yer verib.

 

Həmçinin UEFA-nın rəsmi saytı, Fransa və İngiltərə mətbuatı da Prosineçkinin keçidinə biganə qalmayıb. Bu baxımdan “The Guardian” qəzetində daha geniş məqalə yazıldığını bildirək.

 

Qeyd edək ki, Robert Prosineçki dünən milli komanda ilə 3 illik müqavilə imzalayıb.