[b]PSJ-də Neymar qiyamı: Oyunlara gedərkən...[/b]
26.10.2017 - 13:22
[b]PSJ-də Neymar qiyamı: Oyunlara gedərkən...[/b]

PSJ rəhbərliyinin yay fasiləsində heyətə cəlb edilən Neymara qarşı münasibəti komandanın digər futbolçularının narazılığına səbəb olub. Apasport.az saytının Fransa mətbuata istinadən məlumatına görə, Paris klubunun üzvləri ayrı-seçkilikdən narahatdılar.

 

Futbolçular bununla bağlı rəhbərliyə iradlarını da bildiriblər. Onların narazılığına səbəb olan 4 əsas məqam isə bunlardı:

 

1. PSJ-nin 2 fizioterapevti yalnız Neymarla çalışır.

 

2. Oyunlara gedərkən hər kəs yalnız üzərində PSJ-nin loqosu olan çanta aparırsa, Neymar şəxsi sponsorunun çantası ilə gəzir.

 

3. Məşqlərdə ikili mübarizələr zamanı ona qarşı diqqətli oynamaq lazımdı. Neymar yalnız oyunda zədələnə bilər.

 

4. Edinson Kavani ilə yaşadığı penalti problemi hələlik yoluna qoyulub. Ancaq gələn mövsümdən komandanın əsas penalti vuranı Neymar olacaq.

 

Qeyd edək ki, PSJ Neymarın transferi üçün “Barselona”ya 222 milyon avro ödəyib.